Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Türkiyənin Gəncədəki Baş Konsulluğunda qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi yad edilir

07 fevral 2023 | 16:17

Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Türkiyənin Gəncədəki Baş Konsulluğunun önündə Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların xatirəsi ehtiramla yad edilir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Millət vəkili Müşfiq Cəfərov, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin sədri Hüseyn Büyükfırat, hüquq mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər sakinləri Baş konsulluğun qarşısında yaradılan guşəni ziyarət edib, önünə gül dəstələri düzüb, həlak olanların ruhuna dualar oxuyublar.

Niyazi Bayramov Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztopla görüşüb, Konsulluqdakı xatirə kitabına başsağlığı qeydi yazıb. Şəhər rəhbəri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş ölkənin zəlzələdən zərər görmüş bölgələrinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülüb.

Qeyd edək ki, ziyarət gün ərzində davam edəcək. Bununla yanaşı, qardaş Türk xalqına dəstək ifadə etmək naminə Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasına Türkiyə və Azərbaycan bayraqları asılıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,6 və 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə minlərlə sakin həlak olub. Ölkədə həlak olanların xatirəsini anmaq üçün 7 günlük matəm elan edilib.

Keçidlər