Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilən şahmat və dama turnirləri keçirilib

07 may 2024 | 19:03

YAP Gəncə şəhər təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən şahmat və dama turnirlərinə start verib.

Ənənəvi olaraq hər il təşkil edilən yarışda YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, "Təhsil" RİM-nin Gəncə şəhər 2 nömrəli Uşaq Gənclər İdman Şahmat Şahmat Məktəbinin direktoru Asif Həsənov, YAP Gəncə şəhər təşkilatının əməkdaşları, şəhərin ali və orta ixtisas təhsil müəssisələrinin kollektivləri və partiya fəalları iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra yarışa start verilib. Gəncədə fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin tələbələrindən ibarət 5 komanda qalib adı uğrunda mübarizə aparıb.

Dairəvi sistem üzrə keçirilən şahmat yarışının qalibi Azərbaycan Dövlət Aqrar Universitetinin komandası olub. Gəncə Dövlət Universitetinin komandası II yerə, Gəncə Dövlət Regional Kollecinin komandası isə III yerə sahib olub.

Dama oyununda birinci yerə  Gəncə Dövlət Universitetinin komandası, ikinci yerə Gəncə Dövlət Regional Kollecinin komandası, üçüncü yerə isə Azərbaycan Dövlət Aqrar Universitetinin komandası çıxıb.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibəti ilə həyata keçirilən silsilə tədbirlərin sonunda yekun tədbir keçiriləcək, qalib komandalar Kubok və Fəxri fərmanlarla mükafatlandırılacaq.

Keçidlər