Vətən müharibəsi şəhidi Elnur Məmmədovun atası vəfat edib
Vətən müharibəsi şəhidi Elnur Məmmədovun atası İsrafil Məmmədov bir müddət əvvəl səhhətində yaranmış ciddi problemlər səbəbindən vəfat edib.
Mərhumun yas mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və Aparatın məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Kəpəz Bələdiyyəsinin sədri Yaşar Abdullayev və Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov iştirak ediblər.
Mərasim iştirakçıları mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, onların kədərinə şərik olduqlarını bildiriblər. Ailə üzvlərinə səbir və dözüm arzulayıblar.
Qeyd edək ki, Vətən müharibəsi şəhidi Elnur Məmmədov 2020-ci ildə Kəlbəcər rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.






