Vilayət Eyvazov Gəncədə vətəndaşları qəbul edib
10 oktyabr 2024 | 17:19
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Gəncə Şəhər Baş Polis İdarəsində növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib.
Əvvəlcə Vilayət Eyvazov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla birgə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
İki gün ərzində nazir 323 vətəndaşın müraciətini dinləyib, problemlərinin həlli üçün tapşırıqlar verib. Keçirilən sıra baxışında polis orqanlarında xidmət etmək arzusunda olan 248 gənc seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 41-i Vətən müharibəsi iştirakçısıdır.