Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Vüqar Əhmədov Gəncədə vətəndaşları qəbul edib

18 sentyabr 2025 | 17:40

“Azərişıq” ASC regionlarda əsaslı təmir və yenidənqurma işləri ilə yanaşı, maarifləndirici tədbirlər həyata keçirir, bölgələrdə yerli sakinlərlə mütəmadi görüşlər təşkil olunur. Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən belə tədbirlərdən biri Gəncədə baş tutub.

18 sentyabr 2025-ci il tarixində “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Qərb Regional Şəbəkələrin Baş İdarəetmə Mərkəzində Gəncə və ətraf bölgələrdən olan vətəndaşlarla görüşüb.

Qəbuldan əvvəl Vüqar Əhmədov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb və xatirəsini ehtiramla yad ediblər.

Qəbul zamanı “Azərişıq” ASC-nin fəaliyyət istiqamətlərinə uyğun müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciətlər qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.

Qəbulda iştirak edən vətəndaşlar regionlarda elektrik şəbəkələrinin yenilənməsi işlərinə, eləcə də onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər