Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

WUF13 Azerbaijan səhifəsində Nizami Gəncəvi Məqbərəsi ilə bağlı paylaşım edilib

29 aprel 2026 | 19:00

Paylaşımda bildirilir ki, Gəncənin əsas memarlıq simvollarından biri olan Nizami Gəncəvi Məqbərəsi şəhərin mədəni irsinin mühüm nümunələrindən biri kimi diqqət çəkir.

XX əsrdə inşa edilən abidə orta əsr Azərbaycan memarlıq ənənələrini müasir üslubda əks etdirir. Silindrik forması, şaquli daş elementləri, səkkizguşəli kompozisiya həlli və şəbəkə naxışları ilə seçilən məqbərədə Nizaminin “Xəmsə”sinə simvolik istinadlar da yer alır.

Gəncə şəhərinin 2040-cı ilə qədərki Baş planına əsasən, məqbərə ətrafının mədəni irsin müasir şəhər mühiti ilə vəhdətini təmin edən rekreasiya zonası kimi formalaşdırılması nəzərdə tutulur. Bu yanaşma həm abidənin qorunmasına, həm də şəhərin turizm potensialının artırılmasına xidmət edəcək.

Keçidlər