Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

YAP Gəncə şəhər təşkilatı 30 illik yubileyini qeyd edib

24 iyul 2023 | 16:35

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatınının yaradılmasının 30 illik yubileyi münasibətilə tədbir keçirilib.
Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mərkəzdə keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, idarə, müəssisə, təşkilat rəhbərləri, partiya fəalları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bayram Aslanov təşkilatının üzvlərini tarixi gün münasibəti ilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Bayram Aslanov bildirib ki, 1993 – cü il 23 iyulda 63 təssübkeşin iştirakı ilə yaradılan partiyanın Gəncə şəhər təşkilatının 43 min 464 üzvü var. Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, dünənin, bu günün və gələcəyin partiyası bu gün Prezident İlham Əliyevin sədrliyi ilə uğurla inkişaf edir, regionun ən böyük siyasi təşkilatına çevrilib.
Niyazi Bayramov çıxış edərək, bildirib ki, Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında uğurla fəaliyyət göstərən partiya, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni uğurlara imza atır. Şəhər rəhbəri qeyd edib ki, təşkilatın sıraları bu gün də savadlı, vətənpərvər gənclərin, qadınların, ziyalıların hesabına yenilənir və genişlənir. Bu isə öz növbəsində partiyanın bu gününə və gələcəyinə olan inamın göstəricisidir.
Tədbirdə çıxış edən natiqlər bildiriblər ki, təşkilatın hər bir üzvü Azərbaycanı bugünkü inkişaf səviyyəsinə gətirib çıxaran Ulu Öndər Heydər Əliyevin siyasətinin, ideyalarının təbliğatçısı olmaqla bərabər, partiyanın Nizamnaməsinə və Proqramına uyğun olaraq qarşıya qoyulan vəzifələrin uğurlu icrasına öz töhfəsini verməyə səy göstəriblər.
Sonda YAP Gəncə şəhər təşkilatının yaradılmasında və fəaliyyətində xidmətləri olmuş bir qrup şəxsə “Fəxri fərman” təqdim olunub.

Keçidlər