Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

YAP Gəncə şəhər təşkilatında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

07 mart 2024 | 16:36

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, YAP Gəncə şəhər təşkilatının və F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram tədbiri keçirilib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, Gəncənin ictimai-siyasi həyatında yaxından iştirak edən fəal qadınlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək xanımları 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə ürəkdən təbrik edib və bildirib ki, milli əxlaqi dəyərlərimizin, adət-ənənələrimizin keşiyində dayanan Azərbaycan qadınları öz iradəsi, mərdliyi, saflığı, sədaqəti ilə cəmiyyətimizin həyatında, milli-mənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynayıblar. Şəhər rəhbəri Nizami yurdunun qadınlarının fəallığından, müəllim, həkim, elm xadimi kimi böyük əzmkarlıq göstərmələrindən, məsul vəzifələrdə çalışaraq Vətənimizə, dövlətçiliyimizə sədaqətli, şərəfli xidmətlərindən söz açıb.

Sonra Gəncənin ictimai-siyasi, sosial-mədəni həyatında xüsusi xidmətləri ilə fərqlənən qadınlara YAP Gəncə şəhər təşkilatının Təşəkkürnamələri təqdim edilib.

Tədbir konsert proqramı ilə davam edib.

Bayram tədbiri Yeni Azərbaycan Partiyasının Himnin sədaları altında yüksək əhval-ruhiyyə ilə başa çatıb.

 

Keçidlər