Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

YAP Gəncə şəhər təşkilatının onuncu hesabat konfransı keçirilib

08 sentyabr 2026 | 15:43

Gəncə şəhər Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının onuncu hesabat konfransı keçirilib.  

Əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, həmçinin ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov hesabat məruzəsi ilə çıxış edib. O, YAP-ın dövlətçilik ənənələrinin qorunması və inkişafı, milli maraqların təmin olunması, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, sosial rifahın yüksəldilməsi və ölkənin davamlı inkişafına verdiyi töhfələrdən danışıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bayram Aslanov qeyd edib ki, YAP Gəncə şəhər təşkilatının üzvlərinin sayı 41 639 nəfərə çatıb və onlar 69 ərazi partiya təşkilatında birləşirlər. Üzvlərin 26 375 nəfəri (63,34 faiz) qadın, 15 264 nəfəri (36,65 faiz) kişi, 8 086 nəfəri (19,42 faiz) isə gənclərdir.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxış edərək, bildirib ki, bu gün Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycanı qalib ölkəyə çevirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası yeni reallıqların qarşıdakı illər üçün müəyyənləşdirdiyi hədəflərə yüksək səviyyədə nail olmaq potensialına, gücünə malikdir.

AMEA Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, YAP İdarə Heyətinin üzvü, millət vəkili Pərvin Kərimzadə, YAP Nəzarət Təftiş Komissiyasının üzvü, millət vəkili Naqif Həmzəyev, Milli Məclisin deputatı Müşfiq Cəfərov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov çıxış edərək Yeni Azərbaycan Partiyasının Azərbaycanın yeni inkişaf mərhələsində qarşıda duran vəzifələrindən, dövlətçilik ənənələrinin və milli maraqların qorunmasından, xalqla əlaqələrin daha da gücləndirilməsinin vacibliyindən danışıblar. Qeyd olunub ki, Azərbaycanın əldə etdiyi tarixi Zəfər və ərazi bütövlüyünün bərpası ölkənin qarşısında yeni hədəflər müəyyənləşdirib. Qarabağ və Şərqi Zəngəzurun bərpası, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı, regionların inkişafı, iqtisadi potensialın artırılması və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi əsas prioritetlər sırasındadır. Bildirilib ki, YAP-ın cəmiyyət qarşısındakı məsuliyyəti yalnız keçmiş fəaliyyəti ilə deyil, gələcəyin çağırışlarına çevik və düzgün cavab vermək bacarığı ilə də ölçülür. Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, YAP-ın ölkənin ictimai-siyasi həyatında mühüm rol oynadığı və yeni reallıqlara uyğun fəaliyyətini davam etdirməsinin vacibliyi vurğulanıb.

Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Araz Salmanov çıxış edərək, qeyd edib ki, xalqımızın inam və etimad ünvanına çevrilən partiyanın Gəncə şəhər təşkilatının üzvləri şəhərin ictimai-siyasi həyatında fəal iştirak edərək dövlət siyasətinin yerli səviyyədə uğurla təbliği və həyata keçirilməsinə mühüm töhfələr verlər.

Konfransda YAP Gəncə şəhər təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.

Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.

Keçidlər