“Zəfərin mübarək, Azərbaycan” adlı tədbir keçirilib
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq, 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərin mübarək, Azərbaycan” adlı tədbir keçirilib.
Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici dillər təmayüllü məktəb-liseydə keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbrələri, şəhid ailələri və müharibə iştirakçıları iştirak ediblər.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib.
Bildirilib ki, 8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin qızıl səhifəsi, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq dastanıdır.
Tədbir şagirdlərin “Zəfər Günü”nə həsr olunmuş ədəbi-bədii kompozisiyaları ilə davam edib.