Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhər ərazisində abadlıq və mövsümi yaşıllıq işləri görülür

25 noyabr 2023 | 12:49

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən abadlıq, təmir-bərpa və yaşıllaşdırma işləri görülür. Belə ki, küçə və prospektlərindəki işıq dirəkləri və yol kənarlarındakı məhəccərlər rənglənir, avtomobil yollarında təmirə ehtiyac olan hissələrdə tamet döşəmələr yenilənir, yol yatağının çökmüş hissələri bərpa edilir.

Eyni zamanda şəhərin park və xiyabanlarında, həmçinin yaşıllıq zolaqlarında qurumuş ağacların yerinə yeni tinglərin əkilməsi, ağacların budanması, mövsümi gül-çiçək kollarının əkilməsi işləri də həyata keçirilir. Bu məqsədlə MKTİB-in “Gülçülük və tingçilik sahəsi”ndə becərilən müxtəlif növ ağaclar, dekorativ kollar və güllərin təyin olunan yerlərə köçürülməsi prosesi aparılır.

Qeyd edək ki, Gəncə şəhərinin estetik görünüşünə və ekoloji tarazlığına öz müsbət təsirini göstərən yayıllaşdırma aksiyası payız mövsümünün sonuna qədər davam edəcək.

Keçidlər