Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhərində genişmiqyaslı abadlıq işləri davam etdirilir

13 noyabr 2023 | 17:24

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırıq və tövsiyələrinə əsasən Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən şəhərin müxtəlif ərazilərində kompleks abadlıq-quruculuq işləri davam edir. MKTİB-nin canlı qüvvəsi və texnikası vasitəsilə şəhərin Qala Qapılarının üzərində təmir işləri aparılıb, solmuş hissələrə yeni boya vulub. Bununla yanaşı, şəhər ərazisində mövcud olan avtobus dayanacaqları, işıq dirəkləri, yol nişanları, zibil qutuları, səkilər və məhəccərlər yuyulub. Eyni zamanda, yollardakı döşəmə daşların çökən hissələri bərpa olunur, təmirə ehtiyacı olan hissələrdə yol yatağı yenidən işlənir.

Qeyd edək ki, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən həyata keçirilən genişmiqyaslı abadlıq, quruculuq işləri qarşıdakı günlərdə də davam etdiriləcəkdir.

Keçidlər