Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhərində olan fəvvarələr əsaslı təmir olunur

05 fevral 2023 | 18:50

 

Gəncədə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində şəhər ərazisində olan və müasir tələblərə cavab verməyən fəvvarələrin əsaslı təmiri işlərinə başlanılıb.

İlkin mərhələdə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansında olan 6 böyük fəvvarə yenilənəcək. Gəncənin Heydər Əliyev Meydanı və “Xan bağı”nda olan 4 fəvvarə sökülərək, müasir standartlara uyğun şəkildə fərqli görünüşdə yenidən inşa ediləcək. Şəhərin Cavad xan küçəsində olan 2 fəvvarə isə əsaslı şəkildə təmir olunacaq.

Sonrakı mərhələdə Gəncə şəhərinin park və xiyabanlarında, eləcə də meydanlarda yerləşən, təmirə ehtiyacı olan digər fəvvarələrin də yenidən qurulması nəzərdə tutulub.

Qeyd edək ki, “Xan bağı” və Cavad xan küçələrində olan fəvvarələrin cari ilin aprel-may, şəhərin Baş meydanında olan iki böyük fəvvarənin isə iyul-avqust aylarına təhvil verilməsi planlaşdırılır.

Keçidlər