Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhərinin ərazisində təmizlik aksiyaları davam edir

07 dekabr 2023 | 11:07

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun müvafiq tapşırığına əsasən, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin canlı qüvvə və texnikaları vasitəsilə şəhərin prospekt və küçələrində təmizlik aksiyaları davam edir. Belə ki, şəhər ərazisində  yerləşən avtobus dayanacaqları yuyulur, işıq dirəkləri yenidən boyanır, park və xiyabanlara, yol kənarlarına mövsümü güllər və dekorativ kol bitgiləri əkilir, şəhərin yaşıllıq massivinə aqrotexniki qulluq göstərilir.

Bununla yanaşı, MKTİB-nin xüsusi texnikaları vasitəsilə park və xiyabanlarda təmizlik işləri aparılır, burada uşaqlar üçün nəzərdə tutulan meydançalar yuyulur. Görülən işlər çərçivəsində, həmçinin Cavad xanın məqbərəsi və dəftərxanası üzərində restavrasiya işləri görülür, tarixi abidənin ətrafı abadlaşdırılır.

Qeyd edək ki,  bu kimi işlər mütəmadi olaraq davam etdirilir.

Keçidlər