Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə abadlıq-quruculuq, təmir-bərpa işləri davam edir

01 sentyabr 2023 | 15:43

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun müvafiq tapşırığına əsasən, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən şəhərin müxtəlif ərazilərində iməciliklər təşkil olunur, abadlıq-quruculuq, təmir-bərpa işləri aparılır.

MKTİB-nin canlı qüvvəsi və texnikaları vasitəsilə şəhərin bir sıra əraziləri məişət tullantılarından, alaq otlarından təmizlənir. Həmçinin ərazidə təmirə ehtiyacı olan məişət tullantıları üçün nəzərdə tutulan konteynerlər yenisi ilə əvəz edilir.

Eyni zamanda, şəhərin park və xiyabanlarında mütəmadi olaraq yabanı bitkilər biçilir, mövcud yaşıllıqlara, güllərə və dekorativ kol bitkilərinə aqrotexniki qulluq göstərilir, suvarılması təmin edilir. Bununla yanaşı, piyadaların normal və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə şəhərin bəzi hissələrində qopan tamet plitələri yenilənir.

Qeyd edək ki, bu kimi işlər mütəmadi olaraq həyata keçirilir.

Keçidlər