Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə abadlıq və təmizlik işləri mütəmadi olaraq davam edir

01 mart 2024 | 16:17

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırıq və tövsiyələrinə əsasən, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən şəhərin müxtəlif ərazilərində mütəmadi olaraq abadlıq və təmizlik işləri həyata keçirilir. Belə ki, şəhərin küçə və prospektlərində mövcud olan dayanacaqlar, ətraf səkilər, çəpərlər, köşklər, işıq dirəkləri, zibil qutuları və reklam lövhələri yuyularaq təmizlənib. Şah İsmayıl Xətai və Heydər Əliyev prospektlərində, o cümlədən Nizami Gəncəvi prospektindən şəhərin hava limanına qədər olan yolda təmizlik aksiyaları həyata keçirilib.

Eyni zamanda, şəhərdəki yaşayış binalarının fasad hissəsində və eyvanlarında olan nasazlıqlar da aradan qaldırılıb. Səbuhi Əliyev küçəsi, bina 1 ünvanda yerləşən Gəncə şəhər Ticarət və Xidmət üzrə Peşə Təhsil Mərkəzinin 3 nömrəli Gəncə Peşə Liseyinin yataqxana binasında, həmçinin Şah İsmayıl Xətai prospektində yerləşən 101 saylı yaşayış binasının eyvanlarında təmir işləri aparılıb.

Bununla yanaşı, müxtəlif növ ağacların, dekorativ kolların və güllərin şəhərin park və xiyabanlarına, yol kənarlarına köçürülməsi işlərinə də start verilib.  Heydər Əliyev və Nizami Gəncəvi prospektlərində, Heydər Əliyev parkının qarşısında, sərv, eldar şamı, çinar, kedra və konusvari tuya ağacları əkilib. Sözügedən ərazilər dekorativ leylandra və perikanta kolları, mövsümü primula və kələm gülləri ilə bəzədilib, park və xiyabanlarda solmuş qazon örtüyü yenisi ilə əvəz edilib. Yaşıllıqlara aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib.

Qeyd edək ki, şəhərin müxtəlif ərazilərində bu kimi işlər mütəmadi olaraq həyata keçirilir.

Keçidlər