Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə daha bir neçə qanunsuz tikintilərin qarşısı alınıb

15 noyabr 2023 | 10:53

Gəncə şəhərinin ərazisində qanunsuz tikintilərin qarşısının alınması istiqamətində mütəmadi olaraq monitorinqlər keçirilir. Aparılan monitorinqlər zamanı müvafiq icazəverici sənədləri olmadan daha bir neçə yaşayış və qeyri-yaşayış sahəsinin tikintisinin aparıldığı aşkarlanıb. Belə ki, şəhərin Mahrasa bağı adlanan ərazisində 1 ədəd, Ş.İ.Xətai prospekti 352-də 1 ədəd qeyri-yaşayış binasında aparılan tikinti işləri dayandırılıb, Həsrət Əliyev küçəsində yerləşən yataqxana binasının birinci mərtəbəsinə bitişik artırmanın isə söküntüsü təmin edilib.

Qeyd edək ki,  monitorinq Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, DYNX-nın Gəncə Regional Dövlət Yanğın Nəzarət İdarəsinin, o cümlədən Əmlak Məsələlər Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilib.

Keçidlər