Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə havanın qarlı və şaxtalı keçməsi ilə əlaqədar müvafiq tədbirlər həyata keçirilir

21 fevral 2025 | 15:07

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırıq və tövsiyələrinə uyğun olaraq Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin canlı qüvvə və texnikaları gücləndirilmiş iş rejimində çalışırlar.

Havanın şaxtalı olması ilə bağlı qurumun anbarlarında tədarük olunan qum və duzdan istifadə olunur, bununla da nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkəti təmin edilir. MKTİB-nin 14 Ərazi Xidmət Sahələrənin hər birinə, əraziləri üzrə binaların qarşısını və səkiləri qardan təmizləmək üçün lazımi sayda kürək, bel, işçilərə isə xüsusi qış geyimləri paylanılıb.

Qeyd edək ki, hava şəraitinin gecə saatlarına doğru şaxtalı olmasının və yolların buz bağlamasının nəzərə alaraq Birliyin müxtəlif təyinatlı yeni texnikaları ilə növbəlilik əsasında yollara qum-duz qarışığı səpilir.

 

Keçidlər