Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə növbəti iməcilik keçirilib

07 mart 2023 | 11:57

Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalatı Birliyi şəhərin müxtəlif ərazilərində iməciliklər təşkil edib. MKTİB-nin Ərazi Xidmət Sahələrinin əməkdaşları tərəfindən Qənbər Hüseynlinin abidəsinin yerləşdiyi ərazinin ətrafı abadlaşdırılıb. Bununla yanaşı, təmizlik işləri S. Ruhulla küçəsində yerləşən parkda da həyata keçirilib. Belə ki, park məişət tullantılarından, alaq otlarından, xəzəldən təmizlənib. Yığılan xəzəllər və digər tullantılar bir yerə toplanaraq ərazidən daşınması təmin edilib. Məişət tullantılarının atılması üçün nəzərdə tutulan müxtəlif tutumlu konteynerlərin və zibil qutuları təmir edilib, bəziləri yenisi ilə əvəzlənib. Parkın işıqlandırılmasında təmirə ehtiyacı olan plafonlar dəyişdirilib.
Qeyd edək ki, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən aparılan bu kimi işlər mütəmadi olaraq şəhərin müxtəlif ərazilərində davam etdirilir.

Keçidlər