Gəncədə qanunsuz tikintilərin qarşısı alınıb
Gəncə şəhərinin ərazisində qanunsuz tikintilərin qarşısının alınması istiqamətində mütəmadi olaraq monitorinqlər keçirilir. Aparılan monitorinqlər zamanı müvafiq icazəverici sənədləri olmadan qeyri-yaşayış sahəsinin tikintisinin aparıldığı aşkarlanıb. Belə ki, şəhərin Natəvan qəsəbəsində və Zərifə Əliyeva küçəsində aparılan tikinti işləri dayandırılıb və söküntüsü təmin edilib.
Qeyd edək ki, monitorinq Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, DYNX-nın Gəncə Regional Dövlət Yanğın Nəzarət İdarəsinin, o cümlədən Əmlak Məsələlər Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsininvə hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilib.