Gəncədə qanunsuz tikintilərlə bağlı aparılan monitorinqlər davam edir
Gəncədə qanunsuz tikintilərin qarşısının alınması məqsədi ilə aparılan monitorinqlər davam etdirilir. Növbəti monitorinqlər zamanı şəhərin Tofiq Bağırov, Molla Cəlil və Namiq Şahmuradov küçələrində, habelə Məhsəti və Şıxzamanlı qəsəbələrində müvafiq icazəverici sənədləri olmadan tikintisi aparılan yaşayış sahələri aşkarlanıb. İki gün ərzində ümumilikdə 6 yaşayış sahəsində aparılan tikinti işləri dayandırılaraq, söküntüləri təmin edilib.
Qeyd edək ki, monitorinqlər Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, DYNX-nın Gəncə Regional Dövlət Yanğın Nəzarət İdarəsinin, o cümlədən Əmlak Məsələləri Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilir.