Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə "Təmiz məhəllə" aksiyasına start verilib

05 aprel 2023 | 14:44

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun müvafiq tapşırığına əsasən, məhəllələrin abadlaşdırılması proqramı çərçivəsində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən şəhər ərazisində "Təmiz məhəllə" aksiyası həyata keçirilir. Belə ki, şəhərin müxtəlif əraziləri məişət tullantılarından, iri daş və beton parçalarından, ağac qırıntılarından təmizlənib. Həmçinin, yeni asfalt örtüyü salınan məhəllələrdə səkilərin ətrafında təmir işlərindən qalan daş və qum qalıqları yığılaraq ərazidən daşınıb.

Bununla yanaşı, MKTİB-nin Təmir-Tikinti və Qəza xidməti şöbəsi tərəfindən 18 saylı tam orta məktəbin ətrafında da abadlıq-quruculuq işləri aparılıb. Məktəbin ətrafındakı səkilər əsaslı şəkildə yenidən qurulub. Həmçinin, əraziyə 10 ədəd yeni məişət tullantıları üçün nəzərdə tutulan konteynerlərin yerləşdirilməsi üçün xüsusi yerlər hazırlanıb.

Analoji işlər şəhərin park və xiyabanlarında da aparılıb. Belə ki, yaz fəslinin gəlişi ilə əlaqədar olaraq parklara mövsümü güllər əkilib, mövcud yaşıllığa aqrotexniki qulluq göstərilib. Bəzi istirahət məkanlarına yeni oturacaqlar və kiçik tutumlu zibil qutuları yerləşdirilib. Görülən bütün işlərə MKTİB-nin canlı qüvvəsi və texnikası cəlb olunub.

Qeyd edək ki, şəhərin abadlaşması və təmizlənməsi istiqamətində aparılan bu kimi işlər mütəmadi olaraq davam edəcəkdir.

Keçidlər