Gəncədə "Təmiz şəhər" aksiyası davam edir
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun müvafiq tapşırığına əsasən, “Təmiz şəhər” aksiyası çərçivəsində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən şəhərin Heydər Əliyev meydanında, Gəncə Dövlət Filarmoniyasının qarşısında, Atatürk prospektinin və Sadıllı qəsəbəsinə yaxın ərazilərində kompleks təmizlik işləri görülüb.
MKTİB-nin canlı qüvvəsi və texnikası vasitəsilə Gəncə Dövlət Filarmoniyasının qarşısındakı fəvvarələr yuyulub, təmizlənib, mövcud yaşıllıqlar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib, park və xiyabanlara güllər və həmişəyaşıl kollar əkilib.
Aparılan genişmiqyaslı təmizlik işləri Gəncəçayın məcrası boyu davam etdirilib. Çayın məcrası məişət tullantılarından, ağac qırıntılarından, kol-kos və alaq otlarından, təizlənib. Görülən işlərə MKTİB-nin Ərazi Xidmət Sahələrinin əməkdaşları cəlb olunub.
Qeyd edək ki, bu kimi işlər şəhərin bütün ərazilərində mütəmadi olaraq keçirilir.