Gəncədə təmizlik aksiyası keçirilib, iqlim şəraitinə uyğun mövsümü güllər əkilib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırıq və tövsiyələrinə uyğun olaraq, şəhərin ekoloji tarazlığının qorunması, həmçinin yaşıllıq zolaqlarının artırılması məqsədilə keçirilən müxtəlif aksiyalar davam etdirilir.
Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən Gəncənin Xan bağı istirahət məkanında səkilər, oturacaqlar, işıq dirəkləri, güldanlar yuyularaq təmizlənib. Həmçinin, mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib.
Bununla yanaşı, şəhərin Heydər Əliyev adına Meydanında mövsümə uyğun dekorativ gül və çiçəklər əkilib. Əkindən öncə ərazi təmizlənib, torpaq, torf və müxtəlif gübrələrlə zənginləşdirilib.
Qeyd edək ki, bu kimi aksiyalar mütəmadi olaraq davam etdirələcək.