Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə təmizlik, təmir və yaşıllaşdırma işləri davam edir

02 may 2025 | 17:28

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırıq və tövsiyələrinə əsasən, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən şəhərin müxtəlif ərazilərində təmizlik, təmir və yaşıllaşdırma işləri həyata keçirilir.

Təmizlik aksiyası çərçivəsində Nizami Gəncəvi prospektində yerləşən "Xəmsə" abidə kompleksi, Hava Limanı yolu, eləcə də Niyazi Əhmədov və ona paralel küçələrdə iməcilik keçirilib. Bu ərazilər məişət tullantılarından, alaq otlarından və toz-torpaqdan təmizlənib, tullantıların daşınması və konteyner ətraflarının yığışdırılması təmin olunub. Eyni zamanda yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib və suvarma işləri aparılıb.

Təmir-tikinti sahəsində isə vətəndaş müraciətləri əsasında Dədə Qorqud küçəsindəki 57-71 saylı binanın dam örtüyü və novdanlarında təmir işləri görülüb. İşlər təhlükəsizlik qaydalarına uyğun şəkildə həyata keçirilib. Şəhərdəki digər binaların dam örtüklərindəki nasazlıqlar da mərhələli şəkildə aradan qaldırılır.

Bundan əlavə, Yaşıllaşdırma şöbəsi tərəfindən Müseyib Bağırov küçəsində, Gəncəçay körpüsü və ətrafında, Bayraq meydanında və Cavadxan küçəsində mövsümi güllər – petuniya, delfinium və taqetis əkilib. Əkilən güllərə və dekorativ kollarına mütəmadi qulluq göstərilir. Gül əkinləri yaz mövsümünün sonuna qədər davam edəcək. Əkilən bitkilər MKTİB-nin istixanalarında yetişdirilir.

Qeyd edək ki, sözügedən işlər şəhərin bütün ərazilərində mütəmadi olaraq həyata keçirilir.

 

Keçidlər