Gəncədə yaradılan Ekoloji Park Kompleksində tikinti işləri sürətlə davam etdirilir
09 yanvar 2023 | 07:19
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə burada aparılan tikinti işləri ilə yerində tanış olub.
Şəhər rəhbərinə məlumat verilib ki, hazırda ümumi sahəsi 2100 kvadratmetr olan 3 mərtəbəli oranjereya binasının inşası davam etdirilir. Binanın əsas hissəsi dəmir, beton, metal və şüşə-vitraj konstruksiyalarından yığılacaq. Burada müxtəlif gül, çiçək, ağac və digər nadir bitki növləri yetişdiriləcək. Fərqli və müasir dizaynı ilə seçiləcək Ekoloji Park Kompleksi 11 hektar ərazidə yaradılır. Burada əyləncə mərkəzləri, idman qurğuları, iaşə obyektləri, habelə müxtəlif növ balıqlar üçün akvariumlar tikiləcək.Qərb bölgəsində ilk dəfə Gəncə şəhərində yaradılacaq Ekoloji Park Kompleksində MKTİB-in Gülçülük və tingçilik təsərrüfatının gündəlik fəaliyyəti də ziyarətçilərə təqdim olunacaq.
Niyazi Bayramov Ekoloji Park Kompleksində aparılan işlərlə tanış olduqdan sonra müvafiq tapşırıq və tövsiyələrini verib.