Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncənin ərazisində görülən abadlıq işləri geniş vüsət alıb

28 fevral 2023 | 17:50

Havaların son günlər mülayim keçməsi Gəncədə abadlıq və təmizlik işləri prossesini daha da sürətləndirib. Belə ki, Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən şəhərin müxtəlif ərazilərində yaşıllaşdırma və təmizlik işləri aparılır.

MKTİB-nin Təmir-Tikinti və Qəza Xidməti şöbəsinin əməkdaşları Xan bağında piyadaların normal və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə parkın bəzi hissələrində qopan tamet plitələri, eləcə də istirahət məkanın ərazisində təmirə ehtiyacı olan zibil tutumlarını yeniləyib. Eyni zamanda, Gəncənin Atabəylər küçəsində əraziləri məişət tullantılarından, alaq otlarından təmizlənib, yığılan tullantılar bir yerə toplanaraq ərazidən daşınıb.

Bununla yanaşı, şəhərin park və xiyabanlarına, küçə və prospektlərinə Yaşıllaşdırma şöbəsi tərəfindən mövsümi güllərin əkini davam edir. Qeyd etmək yerinə düşər ki, hazırda Gəncənin Gülçülük təsərrüfatında 30 növdə 60 minə yaxın gül-çiçək və 20 növdə ağaclar yetişdirilir.

Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən aparılan bu kimi təmizlik aksiyaları mütəmadi olaraq şəhərin müxtəlif ərazilərində də davam edəcək.

Keçidlər