Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncənin ərazisindən keçən suvarma kanallarında təmizlik işləri aparılıb

16 may 2024 | 12:32

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırıq və tövsiyələrinə uyğun olaraq, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən şəhərin müxtəlif ərazilərində mütəmadi olaraq abadlıq işləri və iməcilik aksiyaları keçirilir. Görülən işlərə MKTİB-nin texnikası və canlı qüvvəsi cəlb olunur.

Bu dəfəki aksiya çərçivəsində şəhər ərazisindən keçən suvarma kanallarında təmizlik işləri aparılıb. Belə ki, kanallar məişət və digər tullantılardan təmizlənib. Kanalların üzərində yerləşən dəmiryolu, piyada və körpülərin ətraflarında da təmizlik işləri görülərək səliqə-səhman yaradılıb.

Qeyd edək ki, görülən işlər Gəncə şəhərinin daha təmiz və abad olması, habelə sakinlərin rahatlığını təmin etmək məqsədilə həyata keçirilir. Sakinlərdən isə şəhərimizin təmizliyinə riayət olunması xahiş edilir.

 

Keçidlər