Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncənin "İmamzadə ziyarətgah" kompleksində genişmiqyaslı təmizlik işləri görülüb

19 iyul 2023 | 12:24

Bugündən Hicri tarixi ilə Məhərrəm ayı başlayır. Bu ay həm İslam təqviminin yeni ilinin ilk ayı, həm də Kərbəla döyüşünün baş verdiyi aydır. Məhərrəm ayının başlaması ilə əlaqədar olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun müvafiq tapşırığına əsasən Gəncənin "İmamzadə ziyarətgah" dini kompleksində genişmiqyaslı təmizlik işləri görülüb. İşlərə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xeyli sayda canlı qüvvəsi və texnikası cəlb olunub.

"İmamzadə ziyarətgah" dini kompleksinin ərazisindəki yaşıllıq zolaqları səliqəyə salınıb, buradakı bitkilərə aqrotexniki qulluq göstərilib. Bundan başqa, burada olan daş, qum, torpaq qalıqlarının və məişət tullantılarının yığılaraq daşınması təmin edilib. Günün qaranlıq saatlarında ərazinin fasiləsiz işıqlandırılması məqsədi ilə MKTİB-nin Küçə işıqlandırması şöbəsi tərəfindən elektrik dirəklərində olan nasazlıqlar aradan qaldırılıb.

Qeyd edək ki, Gəncənin "İmamzadə ziyarətgah" kompleksi Məhərrəm ayı ərzində müsəlmanlar tərəfindən ən çox ziyarət edilən ibadət ocaqlarından biridir. Görülən təmizlik və abadlıq işləri də növbəti iki ay ərzində dini kompleksi ziyarət edəcək sakinlərin və şəhərimizin qonaqlarının rahatlığının təmin olunması məqsədi daşıyıb.

Keçidlər