Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncənin müxtəlif ərazilərində mütəmadi olaraq təmizlik işləri aparılır

13 aprel 2023 | 15:42

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun müvafiq tapşırığına əsasən, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən şəhərin müxtəlif ərazilərində iməciliklər təşkil olunur, mövsümü güllər əkilir və digər təmizlik işləri aparılır.

Görülən işlərə MKTİB-nin canlı qüvvəsi və digər texnikaları ilə yanaşı, yeni gətirilən müasir, yanacağa qənaətli, sovurma və su çiləmə funksiyalarına malik yol təmizləyən maşın da cəlb olunub. Artıq sözügedən maşınla Gəncənin Heydər Əliyev meydanında təmizlik işləri aparılıb. Qeyd edək ki, maşın yüngül çəkiyə, təmizləyici süpürgəyə, təzyiqlə işləyən yuyucu və rotest apparatı ilə təmin olunub. Həmçinin, şəhərin bir sıra əraziləri məişət tullantılarından, alaq otlarından, məişət tullantılarının atılması üçün nəzərdə tutulan müxtəlif tutumlu konteynerlərin və zibil qutularının ətrafları təmizlənib. Bundan başqa küçə və prospektlərin küçə işıqlandırılmasında yaranan qəzalar aradan qaldırılıb, plafonlar yenilənib.

Eyni zamanda, Gəncəçay və körpülərin ətraf ərazilərində də daimi olaraq təmizlik işləri həyata keçirilir. Çayın məcrası boyu sel sularının gətirdiyi və bəzi hissələrində yığılaraq qalan məişət tullantıları, ağac qırıntıları, kol-kos və alaq otları yığılaraq ərazidən daşınıb. Bildirək ki, Gəncəçayın bəzi ərazilərinə xüsusi texnikaların girişi məhdud olduğu üçün MKTİB əməkdaşları tərəfindən çayın həmin hissələrində mütəmadi olaraq yabanı bitkilər əl əməyi ilə biçilir, məişət tullantıları da anoloji üsulla yığılaraq ərazidən kənarlaşdırılır.

Gəncənin müxtəlif ərazilərində mövsümü güllərin əkini də davam etdirilir. Belə ki, MKTİB-nin Yaşıllaşdırma şöbəsi tərəfindən şəhərin park və xiyabanlarına, küçə və prospektlərinə, yaşayış məntəqələrinə primula, kalseolyariya, sxizantus, marqarita və digər güllər əkilib. Mövcud yaşıllıqlara, güllərə və dekorativ kol bitkilərinə aqrotexniki qulluq göstərilir, suvarılması təmin edilir.

Qeyd edək ki, bu kimi işlər mütəmadi olaraq həyata keçirilir.

Keçidlər