Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncənin park və xiyabanları yay mövsümünə hazırdır

03 iyun 2023 | 12:25

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığına əsasən, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən şəhər ərazisində abadlıq-quruculuq və yaşıllaşdırma işlərini davam etdirir. Hazırda, qurumun canlı qüvvəsi və texnikası vasitəsilə şəhərin istirahət guşələrində, park və xiyabanlarında yay mövsümü ilə əlaqədar olaraq hazırlıq işləri aparılır. Belə ki, Gəncəçay Park - Bulvar Kompleksinin ərazisində kompleks təmizlik işləri görülüb, məişət tullantılarının yığılması və daşınması təmin edilib, ərazidəki mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Bununla yanaşı, bulvar ərazisndə olan güldanlara yeni mövsümi güllər əkilib. Eyni zamanda, park ərazisində deformasiyaya uğramış səkilər, pilləkənlər və plitələr təmir edilib, təmiri mümkün olmayan hissələr isə yenilənib. Parkda velosiped üçün nəzərdə tutlmuş zolağının bəzi hissələrinə yeni asfalt örtüyü salınıb, rənglənməsi təmin edilib. Bayraq meydanındakı dövlət atributlarının elektrik sistemindəki nasazlıqlar aradan qaldırılıb, lampalar yenilənib.

Analoji işlər Gəncənin ən möhtəşəm qazon parklarından biri olan Avropa Gənclər Paytaxtı parkında da aparılıb. MKTİB-nin Yaşıllaşdırma şöbəsinin əməkdaşları tərəfindən adıçəkilən istirahət guşəsində çoxillik və mövsümü dekorativ gül-çiçəklər əkilib, mövcud qazonlara aqrotexniki qulluq göstərilib, buta formasını əks etdirən gül kompozisiyaları xüsusi dekorativ daşlarla bəzədilib.

Qeyd edək ki, görülən işlər mütəmadi xarakter daşıyır və şəhərin müxtəlif ərazilərində həyata keçirilir.

Keçidlər