Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

MKTİB-nin istixanalarında becərilən güllərin şəhərin müxtəlif ərazilərində əkini həyata keçirilir

27 fevral 2025 | 17:34
Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin Gülçülük sahəsində yerləşən müasir istixanalarda yaz güllərinin əkininə son hazırlıq işləri aparılır.
 
Hazırda, təsərrüfatın istixanalarında 140.000 ədəddən çox gül şitili yetişdirilib. Bunlar əsasən çoxillik və mövsümü olan primula, viola, yay gülü, petunya, yurk qərənfili, geran, taqertis, kazanya, katarantus və digər müxtəlif növ gül bitkiləridir. Bununla yanaşı, Tingçilik təsərrüfatında tuya, leylandra, şam, xan çinarı və başqa ağac və kol növləi də yetişdirilir.
Artıq sözügedən gül kollarının bəzi soyuğa davamlı növlərinin şəhər ərazisinə əkini başlayıb. Digərlərinin əkini isə fevral ayının sonu, mart ayının əvvəlində reallaşacaq.
 
Qeyd edək ki, Gülçülük sahəsində becərilən dekorativ güllərin, ağacların və kolların şəhərin bir sıra istrahət məkanında və digər ərazilərində mövsümə uyğun olaraq mərhələli şəkildə əkininin həyata keçirilməsi nəzərdə tutulub.
Keçidlər