Niyazi Bayramov Gəncə İdman Sarayında həyata keçirilən tikinti-quraşdırma işlərinin gedişatı ilə növbəti dəfə yerində tanış olub
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə İdman Sarayında olub. Podratçı şirkətin baş direktoru tərəfindən şəhər rəhbərinə binanın daxili tərtibatı və quraşdırılacaq avadanlıqların texniki göstəriciləri barədə ətraflı məlumat verilib.
Şəhər rəhbəri aparılan işlərlə yerində tanış olduqdan sonra aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, Gəncə İdman Sarayı 2092 yerlik böyük idman zalından, 1410 yerlik tamaşaçı zalından, 100 nəfərlik restoran və 160 çarpayılıq hoteldən ibarət olacaqdır. Binada 11 lift layihələndirilib ki, bunlardan ikisi sağlamlıq imkanları məhdud şəxslər üçün nəzərdə tutulub. İki mərtəbəli zirzəmi və əlavə iki mərtəbədən ibarət olan binada 12 idman növü üzrə beynəlxalq standartlara cavab verən böyük idman zalı ilə yanaşı üzgüçülük hovuzu, beynəlxalq turnirlərin keçirilməsi üçün məkan, şahmat, güləş, boks və idmanın digər növləri üzrə məktəblər fəaliyyət göstərəcək.