Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə üzərində Azərbaycan və Türkiyə hərbi təyyarələrinin uçuşları keçirilib

15 sentyabr 2020 | 16:00

Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk və şəhər ictimaiyyətinin nümayəndələri uçuşları izləyiblər. Əllərində Azərbaycan və Türkiyənin bayraqlarını dalğalandıran gənclər tədbirə xüsusi abu-hava qatıblar.

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

Bu gün Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin Gəncə səmasında birgə uçuşlar keçirməsi bunu bir daha nümayiş etdirdi.

 

 

Keçidlər