Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə xüsusi qrafik üzrə aparılan dezinfeksiya işləri bu gün də davam edib

18 dekabr 2020 | 16:00

 

Ölkədə yeni növ koronavirus infeksiyasına yoluxma hallarının artması səbəbilə "COVİD-19" – a qarşı həyata keçirilən kompleks tədbirlərin miqyası da genişləndirilib. Gəncədə xüsusi qrafik üzrə aparılan dezinfeksiya işləri bu gün də davam etdirilib.

Dezinfeskiya işləri mərkəzi küçə və prospektlərlə yanaşı Gəncənin qəsəbə və yaşayış massivlərində də aparılıb. Tibbi-profilaktik tədbirlər çoxmənzilli yaşayış binaları və onların həyətlərini, dayanacaqları, piyada keçidlərini, oyun meydançalarını, bank və ATM-lərin qarşısını əhatə edib.

Sözügedən ərazilər xüsusi kimyəvi maddələrlə növbəti dəfə dezinfeksiya olunublar. İşlərə xeyli sayda canlı qüvvə və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları cəlb edilblər.

Keçidlər