Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncənin küçələri dezinfeksiya edilib

12 aprel 2021 | 16:00

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə əsasən yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə müvafiq tədbirlər görülür. Bu tədbirlərdən biri də dezinfeksiya işlərinin aparılmasıdır.

 

Gündəlik aparılan dezinfeksiya işləri şənbə və bazar günləri gücləndirilmiş rejimdə həyata keçirilib. İşlər şəhərin mərkəzi küçə və prospektlərini, habelə qəsəbələrini əhatə edib. Tibbi-profilaktik tədbirlər zamanı çoxmənzilli yaşayış binaların girişləri, mərtəbələri, uşaq meydançaları, əhalinin sıxlıq təşkil etdiyi digər ərazilər dezikfeksiya olunub.

 

İşlər Cavad xan küçəsi və Xan bağında, açıq hava idman qurğuları, poçt şöbələri, banklar və ATM-lərin qarşısında da aparılıb.  


Dezinfeksiya işlərinə Gəncə şəhər Mənzil Konmmunal Təsərrüfatı İstehsalat Birliyinin su çiləyici maşınları və xeyli sayda canlı qüvvəsi cəlb edilib.

Keçidlər