Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə qanunsuz tikililərlə bağlı reydlər keçirilir

23 aprel 2021 | 16:00

 

Gəncədə qeyri-qanuni torpaq zəbti və qanunsuz tikintilərlə bağlı reydlər keçirilib. Nizami və Kəpəz Rayon İcra Hakimiyyətləri nümayəndələrinin müvafiq Rayon Polis Şöbələrinin əməkdaşları ilə birgə keçirdikləri reydlər şəhərin Yeni Gəncə və Qaraməmmədli yaşayış massivlərini, Cavad xan və Məhsəti qəsəbələrini əhatə edib.

Reydlər zamanı torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən və layihə sənədləri olmadan tikinti aparan sakinlər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq protokollar tərtib edilib. Həmçinin, onlarla maarifləndirici söhbətlər aparılaraq, qanunun tələbləri izah olunub.

Qeyd edək ki, bir həftəyə yaxındır davam edən reydlər zamanı 32 protokol tərtib edilib. Reydlər mütəmadi şəkildə davam etdiriləcək.

Vətəndaşlarımızı bir daha qanunun təblərinə riayət etməyə dəvət edirik.

Keçidlər