Niyazi Bayramov növbəti dəfə şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə görüş keçirib
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə uyğun olaraq dövlət qurumları 44 günlük Vətən müharibəsi iştirakçıları, qazilər və şəhid ailələri ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin aradan qaldırması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə şəhid ailələri və qazilərlə görüşüb. Görüş, Nizami və Kəpəz Rayon İcra Hakimiyyətlərinin başçılarının və bələdiyyə sədrlərinin, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə baş tutub.
Görüşdə iştirak edən şəhid ailələri və qazilərin, o cümlədən müharibə iştirakçılarının müraciətləri tək-tək dinlənilib. Müraciətlər arasında maddi yardımın, müalicə üçün köməkliyin göstərilməsi, fərdi yaşayış evinin inşası üçün torpaq sahəsinin ayrılması, həmçinin işlə təminat kimi məsələlər üstünlük təşkil edib.