Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə şəhərin baş rəssamı, heykəltəraş Şərif Şərifovun yaradıcılıq gecəsi keçirilib

17 may 2017 | 16:00

Gəncə şəhər İcra Hakimiyyəti rəhbərliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Əməkdar rəssamı, Komsomol mükafatı Laureatı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Dünya Reklamçılar Assosiasiyasının üzvü, Azərbaycan Rəssamlar və Memarlar İttifaqlarının, Reklamçılar İctimai Birliyinin üzvü, Gəncə şəhərinin baş rəssamı, heykəltəraş Şərif Şərifovun yaradıcılıq gecəsi keçirilib.
Tədbir iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri düzüblər. Daha sonra heykəltəraş Şərif Şərifovun əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Tədbirdə Şərif Şərifovun zəngin yaradıcılığından bəhs edən qısa metrajlı sənədli film nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq iştirakçıları salamlayıb. Şəhər rəhbəri müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lideri Heydər Əliyevin və o cümlədən Nəriman Nərimanovun Gəncədəki abidələrinə görə Rusiya Rəssamlıq Akademiyasının qızıl medal mükafatına layiq görülmüş Şərif Şərifovu səmimi qəlbdən təbrik edərək yaradıcılığında uğurlar arzu edib. Heykəltəraşın Nizami yurdundakı əl işlərindən danışan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı xüsusi vurğulayıb ki, Tahir Salahovla bütün Azərbaycan qürur duyduğu kimi Şərif Şərifov da xalqın sevgisini qazanır. Elmar Vəliyev Şərif Şərifova Fəxri Fərman təqdim edib.
Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov, Gəncə Regional Kollecin direktoru Fəxrəddin Zeynalov, Gəncə Musiqi Kollecinin direktor əvəzi Ruziyyə Rəhimova, Tibb kollecinin direktoru Mehman Rzayev, Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Əlikram Məmmədov, 5 saylı orta məktəbin şagirdləri və müdiri Bəhrəm İmranoğlu, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzəngül Hüseynova, Azərbaycan Rəssamlar İttifaqının Gəncə şəhər təşkilatının sədri Qalib Bağırov, Gəncə Dövlət Dram Teatrının əməkdaşları Şərif Şərifovu əldə etdiyi uğura görə təbrik edərək daha böyük nailiyyətlər arzu ediblər.
Şərif Şərifov Prezident İlham Əliyeva, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minətdarlığını bildirərək qeyd edib ki, əgər ölkəmizdə incəsənətə diqqət və qayğı olmasaydı o, öz sənətini bu qədər inkişaf etdirə bilməzdi. Heykəltərəş xüsusi vurğulayıb ki, Rusiya Rəssamlıq Akademiyasının ona verdiyi qızıl medal ulu öndər Heydər Əliyevə və Azərbaycan Rəssamlığınına verilən dəyərdir.
Yaradıcılıq gecəsinin bədii hissəsi Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestrinin ifasında möhtəşəm nəğmələr ilə davam edib.

Keçidlər