Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Məktəblilər Gəncəyə qayıdıblar

19 mart 2018 | 16:00
 

"Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində dörd gün müddətində Qəbələ - Şəki- Zaqatala marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak edən gəncəli məktəblilər Gəncə şəhərinə qayıdıblar. Tur-aksiya iştirakçılarını "Zəfər Tağı" qarşısında təhsil işçiləri və valideynlər qarşıladılar.

Məktəblilər səfərlə bağlı təəssüratlarını bölüşərkən bildiriblər ki, bu yerlərin əsrarəngiz gözəllikləri haqqında kitablardan oxuyub, filmlərdə seyr ediblər. 

Tur-aksiya zamanı bütün bunları öz gözləri ilə görmək, arxeoloji qazıntılar zamanı tapılan və rayonların muzeylərində nümayiş etdirilən maddi-mədəniyyət nümunələri məktəblilərdə zəngin təəssürat yaradıb. Onlar yaradılan şəraitə görə tur-aksiyanın təşəbbüskarı olan dövlət başçımıza minnətdarlıq ediblər. 

 
Keçidlər