Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov İcra Hakimiyyətində daha bir qəbul keçirib

16 oktyabr 2018 | 16:00

 

Gəncə Şəhər İcra Hakimiyyətində qəbullar davam edir. Hər həftə olduğu kimi bu dəfə də qəbula gələn vətəndaşların problemləri dinlənilib, qısa müddətdə aradan qaldırılması üçün göstərişlər verilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun bu dəfəki qəbulunda 40-a yaxın sakinin şikayət və təklifi dinlənilib. Səslənən müraciətlər arasında işlə təminat, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin verilməsi kimi məsələlər üstünlük təşkil edib. Bununla yanaşı 5, 14 və 20 saylı avtobusların marşrut xəttlərinin uzadılması xahiş olunub. Vətəndaşları dinləyən Niyazi Bayramov səsləndirilən problemlərin həll olunması istiqamətində müvafiq tapşırıqlar verib. Gəncə Şəhər İcra Hakimiyyətinin fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Keçidlər