Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov vətəndaş qəbulu keçirib

07 noyabr 2018 | 16:00

 

Gəncə Şəhər İcra Hakimiyyətində hər həftə olduğu kimi bu dəfə də vətəndaşların qəbulu keçirilib. Onların problemləri dinlənilib, qısa müddətdə aradan qaldırılması üçün göstərişlər verilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun bu dəfəki qəbulunda 45 sakinin şikayət və təklifi dinlənilib. Səslənən müraciətlər arasında işlə təminat, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin verilməsi, müalicə olunmaq üçün maaddi yardımın ayrılması, ünvanlı sosial yardım almaq üçün köməklik göstərilməsi kimi məsələlər üstünlük təşkil edib. Vətəndaşları dinləyən Niyazi Bayramov səsləndirilən problemlərin qanunvericiliyə uyğun həll olunması istiqamətində müvafiq tapşırıqlar verib. Gəncə Şəhər İcra Hakimiyyətinin fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Keçidlər