Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

GƏNCƏ YENİ İLİN SEHRİNƏ DÜŞÜB-FOTO-VIDEO

20 dekabr 2018 | 16:00

 

Gəncədə şəhər icra hakimiyyətinin təşkilatçılğı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəlik Günü və Yeni il münasibəti ilə bayram tədbirləri başlayıb.

Gəncənin Heydər Əliyev meydanı nağıllar aləmini xatırladır. Burada hündürlüyü 21 metr olan küknar ağacı qurulub, üzəri 500-dən çox müxtəlif oyuncaq və  işıq effektləri ilə bəzədilib.  

Bu il şəhər sakinləri bir sıra yeniliklərin şahidi olublar. Belə ki, şəhərin baş meydanında xüsusi quraşdırılmış evciklərdə sakinlərə çay-kofe, müxtəlif şirniyyatlar, göy qutabı, köz üstə şabalıd və sair təamlar təklif olunur.

Ərazidə uşaqların asudə vaxtının maraqlı təşkili üçün müxtəlif atraksionlar quraşdırılıb, “Tir”, “Faceart” və sair fərqli əyləncələr üçün şərait yaradılıb. Burada Şaxta baba üçün ev qurulub. Yeni ilin qocaman babası balacaları öz evində qəbul edir. Uşaqlar Şaxta babaya öz ürək sözləri və istəklərini qeyd etdikləri məktubları da təqdim edə bilirlər.

Bütün bunlarla yanaşı gündəlik şou-proqramlar, uduşlu viktorinalar şəhər sakinlərinin zövqünə oxşayır. Gəncə sakinləri və şəhərimizin qonaqları üçün hər gün saat 17:00-da şəhərin baş meydanında konsert proqramı təşkil olunur. Gəncənin müxtəlif musiqi kollektivləri bir-birindən fərqli, bir-birindən əyləncəli proqramlarla sakinlər qarşısında çıxış edir, onlara bayram əhval-ruhiyyəsi bəxş edirlər.

Yeni ilin əvəzolunmazlarından sayılan Şaxta baba və Qar qızın, müxtəlif nağıl və cizgi film qəhrəmanlarının iştirakı isə konsert proqramına xüsusi rəng qatır.

Bütün bunlarla yanaşı bayram günlərində respublikanın tanınmış müğənnilərinin, o cümlədən Abbas Bağırov və Murad Arifin solo konsertinin təşkili də nəzərdə tutulub.

Dekabırın 31-də isə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə Gəncənin baş meydanında təntənəli konsert proqramı təşkil olunacaq. Gəncə Yeni ili möhtəşəm atəşfəşanlıqla qarşılayacaq.

 

Keçidlər