Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niderland Krallığının Azərbaycandakı səfiri Gəncədədir

17 dekabr 2019 | 16:00

Niyazi Bayramov Niderland krallığının Azərbaycandakı səfiri Onno Kervers və BMqT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri  Vladimir Gjorgiev ilə görüşüb. 

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qonaqları Azərbaycanın qədim mədəniyyət, sənaye və elm şəhəri olan Gəncədə görməkdən məmnun olduğunu bildirib. Səfirə Gəncənin tarixi, mədəniyyəti, sənaye potensialı haqqında ətraflı məlumat verən Niyazi Bayramov şəhərdə icra edilən abadlıq və quruculuq layihələri haqqında danışıb. 

Onno Kervers qeyd edib ki, səfərin əsas məqsədi Niderland krallığının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda İnsan Alveri Qurbanlarına birbaşa Yardım Göstərilməsi və Sığınacaq Yerlərində Yaşayış ŞəraitininYaxşılaşdırılması Vasitəsilə Onların Ehtiyyaclarının Həll Edilməsi” layihəsinin icrası ilə bağlıdır. Səfir bildirib ki, layihənin əsas məqsədi insan alveri qurbanlarının və insan alverinin potensial qurbanlarının təhlükəsiz və keyfiyyətli mühafizə imkanlarının artırılmasını təmin etməklə Azərbaycanda insan alveri qurbanlarının müdafiəsini yaxılaşdırmaqdır. Bununla bağlı paytaxtla yanaşı bölgələrdə də layihə çərçivəsində bir sıra tədbirlər keçirilir. Gəncədə fəaliyyət göstərən “Təmas” Regional İctimai Birliyi ilə birgə əməkdaşlıq etdiklərini bildirən səfir bu istiqamətdə aparılan işdə öz dəstəyini əsirgəmədiyi üçün  Niyazi Bayramova təşəkkürünü bildirib.

Görüşdə həmçinin, Azərbaycanla Niderland Krallığı arasında sıx və səmərəli əməkdaşlıqdan söhbət açılıb. Hər iki ölkə arasında iqtisadi, siyasi, sosial və digər sahələrdə olan mövcud əlaqələr ətrafında müzakirələr aparılıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

Keçidlər