Şəhər haqqında
01.01.2021
• Şəhər İcra Hakimiyyətinin başçısı Bayramov Niyazi Müzəffər oğlu 28.08.2018-ci ildən işləyir. Şəhər ərazisi 0,125 min kv. km-dir, 1 şəhər, 2 şəhər rayon, 7 qəsəbə və 4 sahə inzibati ərazi dairəsi vardır. Əhalisi 335,8 min nəfərdir.
• Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 17 dəfə Gəncə şəhərinə səfər etmişdir. (15.06.04, 19.05.05, 11.10.05, 31.10.06, 30.05.07, 03.03.08, 24.09.08, 25.05.09, 11.02.10, 09.02.11, 21.01.12, 21.01.14, 18.10.14, 17.02.16, 10.11.17, 24.06.20, 22.07.2021).
Sosial-iqtisadi göstəricilər:
• - Ümumi məhsul buraxılışı 2020-ci ildə 938,8 mln. manat, k/t məhsulları 3,0 mln. manat, sənaye məhsulu 371,5 mln. manat olmuşdur. Əsas kapitala yönəldilmiş investisiyalar 264,7 mln. manat, tikinti-quraşdırma işlərinin həcmi 194,2 mln. manat olmuşdur.
• - 2003-2020-ci il ərzində SİF vasitəsi ilə 483 sahibkara 47,0 mln manat güzəştli kredit verilmişdir;
• - 2007-2015-ci illərdə kənd təsərrüfatı istehsalçılarına 32,7 min manat subsidiya ayrılmışdır;
• - 2003-2020-ci illər ərzində 63 min 428 yeni iş yeri açılmışdır;
• - Heydər Əliyev Mərkəzi yaradılmış, Ümummilli liderin adını daşıyan mədəniyyət və istirahət parkı yenidən qurulmuşdur;
• - Beynəlxalq Hava Limanı, Müalicə Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksinin Üzgüçülük hovuzu, Bayraq Kompleksi, “Xəmsə” abidəsi, “Cavadxan” Məqbərəsi, Mir Cəlal Paşayevin Ev muzeyi, Nizami Gəncəvi Muzeyi, Məhsəti Gəncəvi adına Mədəniyyət Mərkəzi, “Gəncə Qala qapıları - Arxeologiya və Etnoqrafiya Muzeyi” abidə kompleksi, Müasir İncəsənət Muzeyi, Gənclər Mərkəzi, “Aura Park” Ticarət və Əyləncə Mərkəzi, 3000 yerlik “Amfiteatr”, “DET-AL Alüminium” MMC-nin Gəncə Alüminium Yarımfabrikat zavodu, “SEMPA” QSC, “EMON Hotel”, “El Hotel”, “Ramada Plaza” mehmanxanaları, əlil və şəhid ailələri üçün ümumilikdə 229 mənzilli 5 yaşayış binası, Daxili Qoşunların hərbi hissəsi üçün 60 ailəlik zabit yataqxanası, 1500 məcburi köçkün ailəsi üçün yaşayış kompleksi, 600 məcburi köçkün üçün yeni fərdi yaşayış qəsəbəsinin, Ədliyyə Nazirliyinin Regional Mərkəzinin, Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə, Gəncə şəhər Dövlət Arxivinin Gəncə filialının, Dövlət Enerji Nəzarət İdarəsinin Gəncə şöbəsinin, Gəncə Şəhər Baş Polis İdarəsinin, Nizami və Kəpəz Rayon Polis İdarələrinin, həmçinin Nizami Rayon Polis bölməsinin, Nizami Rayon Məhkəməsinin, DSMF-nin Gəncə Nizami və Kəpəz Rayon şöbələrinin, Gəncə Şəhər Statistika İdarəsinin inzibati binaları inşa edilmiş, Uşaq Yaradıcılıq Mərkəzi, ASAN Xidmət Mərkəzi, “Gəncə Cihazqayırma zavodu” ASC, “Gəncə-Tekstil” ASC, “Gəncə avtomobil zavodu” İstehsalat Birliyi yenidən qurularaq fəaliyyətə başlamışdır. 2016-cı ildə “İmamzadə” dini kompleksi, Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanası, 6 saylı Poliklinika, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin 240 yerlik Körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra, hərbi qulluqçular üçün inşa edilmiş 14 çoxmənzilli bina, “Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı” parkı, “Gəncəçay” Park-Bulvar Kompleksi, Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin 1 min 200 şagird yerlik əlavə tədris korpusu, İsmət Qayıbov adına Gəncə şəhər 1 saylı tam orta məktəbin əsaslı təmirdən sonra, Azərbaycan Dövlət Aqrar Universitetin tələbə yataqxanasının biri, Gəncəçay çayının sağ sahilində “Kitab evi, Mətbuat evi,Gəncə Dövlət Filarmoniyasının yeni binası, “Gəncə Mall” Ticarət Mərkəzi, “Grand Qafqaz” Ticarət Kompleksi, Mirzə Şəfi Vazeh adına Muzey, görkəmli dövlət xadimi Əziz Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət Parkı, 2019-cu ildə isə Peşə Tədrisi Mərkəzi, Gəncə şəhər Pensiyaçıların Ərazi Sosial Xidmət Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir.
• - “Şəhidlər Xiyabanı”, Gülüstan yaşayış massivində “İstiqlal” parkı, uzunluğu 87,8 km olan Yevlax-Gəncə avtomobil yolu (Gəncə dairəvi yolu daxil olmaqla), Gəncə şəhərini qəsəbələri ilə birləşdirən, ümumi uzunluğu 13,2 km olan avtomobil yolları yenidən qurulmuş, 50 mənzili yaşayış evi müasir üsulla tikilib sakinlərin istifadəsinə verilmiş, Müdafiə Sənayesi Nazirliyinin maşınqayırma zavodunun fəaliyyəti bərpa edilmiş və orada yeni istehsal sahələri yaradılmış, Gəncə Uşaq evinin, Gəncə Dövlət Kukla teatrının binası, Yeni Gəncə Tibb Mərkəzi, Regional Perinatal Mərkəzi, şəhər Yoluxucu Xəstəliklər Xəstəxanası, Gəncə şəhər Endokrinoloji xəstəxanası və Gəncə Dəmiryol vağzalı, “Şah Abbas” məscidi, “Xan bağı” İstirahət və mədəniyyət parkı, şəhər ərazisində iki yeraltı keçid əsaslı təmir olunmuş, “Comərd Qəssab” türbəsi bərpa olunmuşdur.
• 2015-ci ilin iyun ayında parkda 7 hektar ərazidə böyüklər və uşaqlar üçün “GəncLand” istirahət və əyləncə mərkəzi, 2015-ci ilin iyul ayında Gəncəçay çayının sağ sahilində xüsusi layihə əsasında 460 kv.metr ərazidə 5 mərtəbəli Mətbuat evi inşa edilərək istifadəyə verilmişdir.
• 2020-ci il iyunun 24-də Gəncədə "NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodu, 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusu, "Şah Abbas” və "Uğurlu Xan” karvansara kompleksi, Gəncəçay çayı üzərində yerləşən beş körpü, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusu istifadəyə verilmişdir.
• Heydər Əliyev Fondu tərəfindən 360 yerlik Gəncə İdman liseyi yenidən qurularaq, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən 1170 şagird yerlik 28 nömrəli tam orta məktəb inşa edilərək 2020-ci il sentyabrın 15-də istifadəyə verilmişdir.
• - Gəncə şəhəri və onun 7 qəsəbəsi (99,0 %) qazlaşdırılmışdır;
• - “Gəncə şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin icrasına 2011-ci ildən başlanmışdır. Gəncə şəhərinin tam su və kanalizasiya xəttinin çəkilişi 2035-ci ilə kimi başa çatdırılması nəzərdə tutulmuşdur. Layihənin icrasına başlanılan müddətdən 1 yanvar 2021-ci il tarixə layihə çərçivəsində ümumi uzunluğu 855 kilometr içməli su xəttinin 482 kilometri və ya 56,4 faizi içməli su şəbəkəsi və magistral xətt inşa edilmiş, 813 kilometr olan kanalizasiya xəttinin 329,5 kilometri və ya 40,5 faizi çəkilmişdir. Gəncə şəhərinin bir hissəsinin su təchizatı Göygöl-Gəncə magistral su xətti ilə təmin olunur, bu ildə isə Qızılqaya-Totanlı və Şəmkirçay-Gəncə magistral su kəmərlərinin tikintisi başa çatdırılmışdır.
• - 2080 şagird yerlik 3 məktəb binası inşa edilmiş, 24289 şagird yerlik 31 məktəb binası əsaslı təmir olunmuşdur. 6 məktəb binası üçün 4580 şagird yerlik əlavə korpuslar tikilmişdir. 3 saylı Körpələr evi-uşaq bağçası əsaslı təmir olunmuş, 140 yerlik Körpələr evi - uşaq bağçası tikilərək, 1 və 3 №-li Peşə məktəbi və 2 və 3 №-li Peşə liseyləri təmir edilərək istifadəyə verilmişdir.
• Hacıkənd qəsəbəsində 60 yerlik 37 №-li Körpələr evi - uşaq bağçasının yeni inşa edilmiş binası istifadəyə verilmişdir.
• Cavad xan qəsəbəsində Avtozavod adlanan ərazidə 5 ədəd – 1 ədəd doqquzmərtəbəli, 4 ədəd beşmərtəbəli çoxmənzilli binalar əsaslı təmiri, ərazinin abadlıq-quruculuq və 240 yerlik Körpələr evi – uşaq bağçasının yenidənqurması işləri başa çatdırılaraq istifadəyə verilmişdir.
İctimai-siyasi vəziyyət
• Şəhərdə 6 məscid, 1 rus kilsəsi, 4 ziyarətgah, 6 islam və 3 xristian, yəhudi yönümlü dini icma, 57 QHT fəaliyyət göstərir.
• 2 qəzet nəşr edilir (“Gəncənin səsi” və “Novosti Qyandji”).