Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

İqtisadiyyat

 

            Ölkənin ən iri sənaye şəhərlərindən biri olan Gəncə şəhərinin ərazisi 125 kv.km, əhalisi 01.01.2021-ci il tarixə rəsmi qeydiyyatda 335802 nəfərdir.

            Məşğul əhalinin əsas hissəsi emal sənayesində, təhsildə, nəqliyyat və digər xidmət, ticarət, ictimai iaşə sahələrində çalışır.

            Gəncə şəhəri 2 rayondan – Nizami, Kəpəz, 4 sahə inzibati ərazi dairəsindən, 6 qəsəbə inzibati ərazi dairəsindən - Hacıkənd, Cavadxan, Şıxzamanlı, Natavan, Məhsəti, Sadıllı qəsəbələrindən ibarətdir. Şəhər ərazisində 617 idarə və müəssisə, o cümlədən 298 iri, orta və 319 kiçik müəssisəsi fəaliyyət göstərir. Bunlardan 52 bank filialı və bank olmayan kredit təşkilatı, “Azərpoçt” MMC-nin Gəncə Regional Poçt filialı, onun 21 Poçt şöbəsi və Müştəri Xidmətləri şöbəsi, Gəncə Telekommunikasiya İdarəsi, 12 ATS, 12 mehmanxana, 150-dən çox digər ticarət və xidmət obyektləri fəaliyyət göstərir. İşçilərin sayına və ərazisinə görə ən iri müəssisə “Azəralüminium” MMC, “Gəncə avtomobil zavodu” İB, “Gəncə Şərab-2” ASC-dir.

            Hazırda şəhər üzrə muzdlu şərtlərlə məşğul əhalinin sayı 44201 nəfər, o cümlədən sənayedə çalışanların sayı 4939 nəfər, tikintidə 387 nəfər, dövlət idarəetməsi və müdafiə, icbari sosial təminatda 2780 nəfər, təhsildə 11109 nəfər, səhiyyədə 5245 nəfər, digər sahələrdə 19741 nəfərdir. 2020-ci il ərzində şəhər ərazisində 3076 yeni iş yerləri yaradılmışdır. 2020-ci il ərzində sənaye məhsul istehsalının həcmi 2.7 faiz artaraq 371.5 mln.manat, əsas kapitala yönəldilmiş investisiyalarının həcmi 264.7  mlyn.manat, pərakəndə əmtəə dövriyyəsi (iaşə daxil olmadan) 1043.4 mlyn.manat olmuşdur. Orta aylıq əmək haqqı 20.6% artaraq 527.9 manat, o cümlədən sənayedə çalışanların orta aylıq əmək haqqı 7.5% artaraq 563.2 manat təşkil etmişdir. 

            Fəaliyyət göstərənlərin hüquqi vahidlərin sayı iqtisadiyyatın bölmələri üzrə aşağıdakı kimi xarakterizə olunur:

S/S

Fəaliyyət növləri üzrə bölmələrin adı

Fəaliyyət göstərənlərin sayı cəmi, vahid

o cümlədən

iri və orta

kiçik

 

Şəhər üzrə cəmi, ondan

617

298

319

1.

Kənd təsərrüfatı

11

4

7

2.

Sənaye

81

37

44

3.

Tikinti

27

8

19

4.

Nəqliyyat

35

18

17

5.

Rabitə

11

2

9

6.

Xidmət

64

15

49

7.

Maliyyə

52

44

8

8.

Sosial

186

132

54

9.

Ticarət

150

38

112

 

Əhalisi:

            01.01.2021-cI il tarixli məlumata əsasən Gəncə şəhərinin əhalisi – 335,8 min nəfərdir. Əhalinin sıxlığı 1 kv. km 2686 nəfər təşkil edir. Əhalinin ümumi sayının 48,8 faizi kişilərdən (163,9 min nəfər), 51,2 faizi qadınlardan (171,9 min nəfər) ibarətdir.

            Gəncə şəhərində 21144 nəfər (6305 ailə) məcburi köçkün və 17829 nəfər (3809 ailə) qaçqın məskunlaşmışdır.

  • Müharibə əlillərinin sayı - 887 nəfər
  • Şəhidlərin sayı - 458 nəfər
  • Şəhid ailələrinin sayı - 655 nəfər
  • Əlillərin sayı - 23861 nəfər

     

 

 

                                                               

Keçidlər