İcra hakimiyyətinin başçısı
Bayramov Niyazi Müzəffər oğlu 26.03.1956-cı ildə Bakı şəhərində anadan olub, 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib, ixtisasca hüquqşünasdır.
Əmək fəaliyyətinə 1973-cü ildə Bakı şəhərində Mayeləşdirilmiş qazın istehsalı və satışı üzrə istehsalat birliyində fəhlə kimi başlayıb.
1980-1986-cı illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü kimi 4 saylı hüquq məsləhətxanasında vəkil işləyib.
1986-1991-cı illərdə Bakı şəhəri 26 Bakı komissarı rayonunun İcraiyyə Komitəsində şöbə müdiri, 1992-ci ildə Bakı şəhəri 26 Bakı komissarı rayonunun İcra Hakimiyyətində başçının müavini, 1995-1997-ci illərdə Azərbaycan Respublikası Gömrük Komitəsi sədrinin yanında İnspeksiyanın rəisi, 1997-2001-ci illərdə Azərbaycan Respublikası Gömrük Komitəsinin Gəncə gömrükxanasının rəisi, 2010-cu ildə Azərbaycan Respublikasının Gömrük Komitəsinin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəıs müavini, 2010-2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi, mart-aprel 2012-ci il tarixdə Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin rəisi, 2012-2018-ci illərdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 28.08.2018-ci il tarixli sərəncamı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Qarabağ müharibəsi iştirakçısıdır.
Ailəlidir. 2 övladı var.