Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Elan

13 oktyabr 2023 | 10:00

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Aparatın məsul əməkdaşları, həmçinin şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə 18 oktyabr 2023-cü il tarixində, saat 16:00-da Gəncə şəhəri, N.Nərimanov adına 25 nömrəli tam orta məktəbdə sakinlərlə səyyar görüş keçirəcəkdir. Səyyar görüşdə iştirak etmək istəyən vətəndaşlara Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Vətəndaşların qəbulu və müraciətləri ilə iş sektoruna yaxınlaşmaları tövsiyə olunur. Əlavə məlumat üçün əlaqə nömrəsi: (022)2569895.

Keçidlər