Etik Davranış
Görülən işlər
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsaslanaraq, 2022-ci il ərzində Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən aşağıdakı mövzularda Aparatın, həmçinin sahə və qəsəbə icra nümayəndəliklərinin dövlət qulluqçusu olan əməkdaşlarının iştirakı ilə təlimlər keçirilmişdir:
- dövlət orqanlarında korrupsiya hallarının qarşısının alınması;
- insanların hüquq, azadlıq və qanuni maraqlarına hörmət;
- maddi və qeyri-maddi nemətlərin əldə edilməsinə yol verilməməsi;
- vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi;
- dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsində inzibati vəzifə tutan dövlət qulluqçusunun xidməti fəaliyyətinin hər təqvim ilinin sonunda qiymətləndirilməsi müəyyən edilmişdir. Qeyd etmək istərdik ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatında çalışan dövlət qulluqçuları barədə qiymətləndirmə işləri aparılarkən nəzərdə tutulmuş meyarlardan başqa, həmin əməkdaşlar tərəfindən il ərzində etik davranış qaydalarına riayət edilməsi, bu sahədə pozuntulara yol verilməməsi, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması nəzərə alınır.
2022-ci il ərzində Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatında çalışan dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulması ilə bağlı şikayət daxil olmamışdır.