Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

AMEA Gəncə Bölməsində Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib

01 fevral 2024 | 19:06

Prezident İlham Əliyev görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinin qeyd olunması ilə bağlı müvafiq Sərəncam imzalayıb. Bununla əlaqədar olaraq,  31 yanvar 2024-cü il tarixində AMEA Gəncə Bölməsində “Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı - Gəncə. Məhəmməd Əmin Rəsulzadənin həyat və yaradıcılığı” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin, o cümlədən AMEA Gəncə Bölməsinin birgə təşkilatçılığı ilə reallaşıb. 

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov, AMEA Gəncə Bölməsinin sədr müavini Rasim Tağıyev, Bölmənin Nizami Gəncəvi Mərkəzinin direktoru Əlimuxtar Muxtarov, Elmi katib Elnur Həsənov və Bölmənin əməkdaşları iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Rasim Tağıyev Prezident İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən, ölkəmizdə görkəmli ictimai-siyasi xadimə həsr edilən silsilə tədbirlərin təşkil olunduğunu söyləyib. Bugünkü tədbirin də sözügedən sərəncama əsasən keçirildiyini deyən Rasim Tağıyev Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətindən, Azərbaycanın ictimai-fikir tarixində yeri və rolundan danışıb.

Yadigar Bədəlov çıxışında Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə görkəmli ictimai-siyasi xadim M.Ə Rəsulzadənin 140 illiyinin qeyd edilməsini tariximizin əlamətdar səhifələrinin öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Daha sonra Bölmənin əməkdaşlarının “Nizami Gəncəvinin milli mənsubiyyətinə və ideyalarına Məhəmməd Əmin Rəsulzadə baxışı”, “Məhəmməd Əmin Rəsulzadə Nizami Gəncəvinin fəxriyyələri haqda”, “Məhəmməd Əminin yaradıcılığında Azərbaycanın tarixi irsi”, “Məhəməd Əmin Rəsulzadənin əsərləri” və digər mövzularda mühazirələri dinlənilib.

Keçidlər